Proqram təminatlarının yaradılması
Müştərilərin ehtiyac duyduğu məxsusi proqram təminatının hazırlanması imkanı bizim ən mühüm üstünlüklərimizdən biridir. Java, JavaScript, C#, PHP, HTML5, ASP.NET, Microsoft SQL Server və s. öndəgedən texnologiyalar üzrə təcrübəmizə görə özümüz ilə qürur duyuruq.
> Xidmətlərimiz > Proqram təminatlarının yaradılması

Biz məmnunluqla xüsusi proqram təminatının hazırlanması xidmətlərini hər növ təşkilatlara 100%-lik zəmanətlə təklif edirik. Proqram Təminatının Hazırlanması komandası yüksək səviyyədə təcrübəli və sertifikatlaşdırılmış mühəndislərdən və layihə rəhbərlərindən ibarətdir.

Bu gün Azərbaycanda layihələrin idarəetmə proseslərinin püxtələşməməsi bir çox şirkətlərin düzgün idarəçiliyin və proqram təminatının hazırlanmasının müvəffəqiyyətlə başa vurulmasında çətinlik yaradır. Proqram təminatının hazırlanması layihələrinin düzgün idarə olunması müvəffəqiyyətin açarıdır. Sadədən mürəkkəbə doğru bütün proqram təminatının hazırlanması layihələrimiz müvafiq iş üzrə təcrübəli layihə rəhbərləri tərəfindən idarə və nəzarət olunur.